9 Yanvar 2015 22:07
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrikada yerli müsəlman icmasına qarşı dəhşətli qətliam törədilib və etnik təmizləmə aparılıb. BMT-nin Mərkəzi Afrika Respublikası üçün yaratdığı İstintaq Komissiyası bu ölkədə müsəlmanlara qarşı etnik təmizləmənin aparıldığı qənaətinə gəlib.

Teleqraf.com-un Türkiyənin "Cihan" agentliyinə istinadən verdiyi məlumata görə, bununla belə, komissiya soyqırım dəlili tapılmadığına dair qərar verib.

BMT-nin Təhlükəsizlik Şurasına təqdim edilən yekun məruzədə bildirilir ki, ölkədəki çevrilişdən sonra baş vermiş hücumlar nəticəsində 6 min insan öldürülüb.

Qeyd edək ki, 2013-cü ilin martında Afrika ölkəsində Seleka qrupunun lideri Mişel Cotodia dövlət başçısı Fransua Bozizeni devirdikdən sonra xristian "Anti-Balaka" silahlı qruplaşması ölkədə bütün müsəlmanlara hücuma başlamışdı.


Müəllif:

Oxşar xəbərlər