"Ukrayna lazımi hazırlıq görmədən və lazımi silahlara sahib olmadan əks-hücum əməliyyatı keçirməyə başlayıb".
Teleqraf.com xəbər verir ki, bunu İtaliyanın “La Repubblica” qəzetinin hərbi müşahidəçisi Canluka Di Feo bildirib.
“Kiyev generalları hərbi heyəti lazımi qaydada hazırlamadan və uyğun silahlar çatdırmadan möhkəmləndirilmiş müdafiə xəttinə hücuma keçdilər. Nəhəng “Leopard 2”lər minalar səbəbindən hərəkətsiz qaldı, amerikalı “Bradley” çarpaz atəş xəttində dayandı", - deyə ekspert vurğulayıb.
Nəşrin köşə yazarının sözlərinə görə, Ukrayna hərbi qüvvələrinin döyüş bölgəsindəki zədələnmiş texnikanı təmizləmək üçün lazımi tankları belə olmayıb. Nəticədə qərb döyüş maşınları birbaşa sahəyə buraxılıb.
“Nəticə göz qabağındadır: əks-hücum 48 gündür irəliləmir” - italyan ekspert qeyd edib.