25 İyul 2023 11:00
3 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Staromayorskoye istiqamətində Ukrayna hərbçiləri uğur qazanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Ordusu Baş Qərargahının rəhbəri Andrey Kovalyov telemarafon zamanı bildirib.

“Ruslar ehtiyatlardan istifadə etməklə birləşmələri və qoşunları hərəkətə keçirərək güclü müqavimət göstərməkdə davam edirlər”, - deyə o bildirib.

Andrey Kovalyovun sözlərinə görə, Müdafiə Qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir: “Ordumuzun hücum əməliyyatları keçirməsi zamanı ruslar Andrevka ərazisindəki mövqelərdən geri çəkilməyə məcbur olublar”.


Müəllif: Əsəd Məmmədəliyev