26 İyul 2023 00:25
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Çambil bölgəsində Türkiyənin “Anka” pilotsuz uçuş aparatının sınaqları keçirilir və yeni silah avqust ayından qoşunların arsenalına daxil ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə respublika Müdafiə Nazirliyinin “Sarbaz” nəşri məlumat yayıb .

Qəzet yazır ki, sınaqlarda respublikanın hərbi hissələrindən birinin uçuş və mühəndis heyəti, “Turkish Aerospace Industries” şirkətinin nümayəndələri iştirak edir. Uçuş sınaqlarından əvvəl avadanlıqlar aralıq yoxlamadan və texniki qəbuldan keçib.

Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi daha əvvəl məlumat vermişdi ki, mayın 10-da Ankarada Qazaxıstan Mühəndislik və Türk Aerokosmik şirkətləri arasında hərbi-texniki əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, Qazaxıstanda “Anka” hücum pilotsuz təyyarələrinin yığılması və texniki xidmət göstərilməsi üçün istehsal xətləri təşkil olunacaq. Respublika bu dronların istehsalının açıldığı ilk xarici ölkədir.

Anka pilotsuz təyyarəsinin qanadlarının uzunluğu 17,5 metr, uzunluğu 8,6 metr, hündürlüyü isə 3,2 metrdir. Qurğunun çəkisi 1,7 tondur, dron 350 kiloqram yük daşıya bilir və 30 saata qədər havada qala bilir. Ankanın kruiz sürəti saatda təxminən 200 kilometrdir, 9,1 min metr yüksəkliyə qalxa bilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər