Avropa İttifaqı Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 7 fiziki şəxs və 5 təşkilatı qara siyahıya salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq reqlamenti dərc edən Aİ-nin rəsmi jurnalında deyilir.
“Vəziyyətin ağırlığını nəzərə alaraq, Aİ Şurası hesab edir ki, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan yeddi fiziki şəxs və beş qurum siyahıya əlavə edilməlidir", - məlumatda bildirilir.