Səudiyyə Ərəbistanı 12 ölkədə iş, səfər və yaşayış vizalarının QR kodlu A4 kağızı üzərində veriləcəyini açıqlayıb. Bu barədə Səudiyyə Ərəbistanı Mülki aviasiya idarəsi məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda Türkiyə, Pakistan, Yəmən, Sudan, Uqanda, Livan, Nepal, Kenya, Mərakeş, Tailand, Vyetnam və Sri-Lankadakı səfirlik və konsulluqlarda elektron viza tətbiqinə başlanıldığı bildirilir.
Qərarın icra tarixi ölkələrə görə fərqlidir və Türkiyə üzrə icraya avqustun 16-dan başlanılacaq.