Türkiyə ordusu Suriyanın şimalında 12 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, terrorçular "Fərat qalxanı" əməliyyatı zonasını atəşə tutublar. Bununla əlaqədar Türkiyə hərbçiləri əməliyyat keçirib və 12 terrorçunu məhv edib.
Nazirlik qeyd edir ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı qətiyyətli mübarizəni davam etdirir.