“Donald Tramp 2024-cü il seçkilərində yenidən qalib gəlsə, ABŞ-ı NATO-dan çıxaracaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.
Sabiq müşavir Trampın milli təhlükəsizliyə qeyri-səmərəli və təsirsiz yanaşmasının olduğunu iddia edib.
“Donald Trampın siyasi mənada anladığımız kimi heç bir fəlsəfəsi yoxdur. Xüsusilə milli təhlükəsizlik sahəsində qərarlar qəbul edərkən siyasi baxımdan düşünmür. Hər şey işlərin Donald Trampa necə xeyir verməsindən asılıdır”, - Bolton bildirib.