5 Avqust 2023 13:41
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən ilin sentyabrında ümumxalq etirazlarının başlamasından bəri ictimai-siyasi fəallara şallaq cəzalarının verilməsi əvvəlki illə müqayisədə 4 dəfə artıb. Bu müddətdə ən azı 117 fəal 7 404 şallaq cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Şallaq cəzası verilənlərdən 13-ü qadın, 104-ü kişidir. Bununla yanaşı, fəallar ümumilikdə 99 il 3 ay həbs və 116 milyon tümən pul cəzasına məhkum edilib.

Bu dövrdə şallaq cəzaları əsasən “İslam Cinayət Məcəlləsi” çərçivəsində “ictimai asayişi pozmaq” və “ictimai şüuru pozmaq məqsədi ilə yalan məlumatlar yaymaq” ittihamları ilə verilib.

Molla rejimi əleyhinə kütləvi etirazların başlamasınan bəri onlarla həbs edilmiş şəxs edam təhlükəsi ilə üzləşib. İranın məhkəmə sistemi bu günə qədər onlardan 7-sinin edam hökmünü icra edib.

Həmçinin, nümayişlər zamanı mediada bir sıra həbs edilmiş etirazçıların şiddət və cinsi təcavüzə məruz qalması ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Həbs edilən bir çox etirazçı azadlığa çıxdıqdan sonra ilk günlərdə şübhəli şəkildə ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər