Avstriya sakinlərinin yarıdan çoxu əmindir ki, İslam Avstriya cəmiyyəti üçün təhdiddir. Musavat.com xəbər verir ki, məlumatı “Der Standard” yayıb.
Sorğu 2014-cü ilin dekabrında keçirilib. Amma nəticələr Fransadakı terror aktından sonra açıqlanıb.
İslamın Avstriya cəmiyyəti üçün təhlükə yaradıb-yaratmaması ilə bağlı suala respondentlərin 51%-i müsbət, 34%-i “yox” cavabı verib. Avstriyalıların yarısı hesab edir ki, İslam mədəniyyəti mövcud Avstriya cəmiyyətini dəyişdirməyə cəhd edir.
Respondentlərin 66%-i müsəlmanların dini geyiminə qarşıdır. Onlar bildiriblər ki, çadralı qadın görəndə həyəcan hissi keçirirlər. Rəyi soruşulanların cəmi 14%-i müsəlmanların geyimi ilə bağlı müsbət cavab verib.
Bununla belə, respondentlərin 72%-i hesab edir ki, avstriyalıların əksəriyyəti İslamın əslində nə olduğunu bilmir.