5 Avqust 2023 18:16
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Hava Yolları Aşqabaddan Moskvaya uçuşlara tətbiq etdiyi məhdudiyyətin müddətini oktyabrın 28-dək uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Türkmənistan Hava Yolları 2023-cü il avqustun 8-dən oktyabrın 28-dək Aşqabad-Moskva-Aşqabad marşrutu üzrə uçuşları dayandırıb. Rusiyaya uçuşlar Aşqabad-Kazan-Aşqabad marşrutu ilə həyata keçiriləcək. Moskva-Aşqabad marşrutu üzrə aviabileti olan sərnişinlər biletdə göstərilən tarix və vaxta uyğun olaraq yola düşməzdən üç saat əvvəl Kazana getməlidir.

Qeyd edək ki, aviaşirkət Rusiya paytaxtının hava məkanında yaranmış vəziyyətlə əlaqədar hərəkəti riskli qiymətləndirib və uçuşları avqustun 1-dən 22-dək dayandırmışdı. Türkmənistandan Rusiyaya uçuşlar iki aviaşirkət tərəfindən həyata keçirilir – “Türkmən Hava Yolları” və “S7”. Uçuşlar Moskva və Kazana həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər