Pakistanın Karaçi şəhərindən Şikarpur bölgəsinə gedən avtobusla yanacaq tankeri toqquşub.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ilkin məlumatlarda 57 nəfərin öldüyü bildirilib. Karaçi Polis rəisi Şuayib Siddikinin etdiyi açıqlamaya görə, toqquşmadan sonra neftlə dolu tankerdə yaranan yanğın partlayışla nəticələnib.
O, hadisədən heç kim sağ çıxmadığını və qəzanın baş vermə səbəblərinin açıqlanacağını qeyd edib.
Samir