6 Avqust 2023 19:06
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın boru kəməri operatoru olan PERN bəyan edib ki, Rusiya neftini Avropaya daşıyan Drujba kəmərinin qərb hissəsində iki xətdən birində sızma aşkar edilib.

Teleqraf.com xəbər verir ki, xətdən neft axınının dayandırıldığı bildirilən açıqlamada ikinci xəttin heç bir dəyişiklik olmadan işlədiyi və yerli əhalinin sağlamlığı üçün heç bir təhlükənin olmadığı qeyd olunub.

Bildirilib ki, yanğınsöndürmə briqadası və PERN təcili xidmət qrupları hadisə yerində olub, ərazini mühafizə edib və hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Şirkət boru kəmərinin zədələnmiş hissəsinin təmirinə başlanıldığını və axının avqustun 8-də bərpa olunacağını açıqlayıb.

Qeyd edək ki, dünyanın ən böyük neft kəmərlərindən biri olan “Drujba” ilə gündə 2 milyon barel neft nəql oluna bilər. Hazırda gündəlik nəql edilən neftin həcminin təxminən 1,5 milyon barel olduğu bildirilir. “Drujba” boru kəməri ilə neft axını Rusiya-Ukrayna müharibəsi başlayandan bəri kəskin şəkildə azalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər