Ekvadorun paytaxtı Kitoda prezidentliyə namizəd Fernando Villavicencio seçki mitinqində güllələnib.
Teleqraf.com xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, daha 8 nəfər yaralanıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib.
Seçki kampaniyasının müşaviri Karlos Figueroa bildirib ki, prezidentliyə namizəd başından üç güllə ilə öldürülüb.