Avqustun 14-də Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 14-dən 18-dək olan müddətdə 250-yə yaxın Fransa və Lüksemburq əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası Babadağ poliqonunda “Deployex” təlimlərində iştirak edəcək".
Qeyd olunur ki, təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.
Rumıniyadakı NATO döyüş qrupu 2022-ci ilin mayında yaradılıb.