İraq hökuməti avqustun 13-də teleqram messencerinin fəaliyyətinə qoyulan qadağanı aradan qaldıracaq.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İraqın Rabitə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, bu qərar platformaya sahib olan şirkətin vətəndaşların məlumatlarını sızdıran təşkilatları açıqlamağa razılaşdıqdan sonra verilib.