Hazırda Belarusda Rusiyanın “Vaqner” qruplaşmasının 6 mindən çox üzvü var. “Vaqner”in Belarusda yerləşən hava hücumundan müdafiə kompleksləri Ukrayna üçün təhlükəlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Birləşmiş Qüvvələrinin komandanı, general-leytenant Sergey Naev deyib.
General bildirib ki, muzdluların Belarus ərazisində olması təhlükədir:
“Onlar diversiya-kəşfiyyat və ya quru hücum qrupları yaratsalar, bu, real təhlükə olacaq. Müdafiə imkanlarımızı artırmaq üçün hər şeyi edirik”.