Rusiya özünü hücum dronları ilə təmin etmək üçün İranın “Şahid” PUA-ları əsasında kamikadze dronlarının istehsalına başlayıb. Bununla belə, Moskva hələ də Tehrandan hissələrin tədarükündən asılıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
“Rusiya sentyabrdan İran istehsalı sistemlər idxal edəcək. Yerli istehsal Rusiyaya hücum PUA-larının (OWA-UAV) daha etibarlı təchizatını yaratmağa imkan verəcək. Böyük ehtimalla Rusiya yaxın aylarda özünü yerli PUA-larla təmin etməyi hədəfləyir. Bununla belə, Rusiya İrandan əsasən Xəzər dənizi vasitəsilə çatdırılan komponentlərdən və hazır silahlardan asılı olaraq qalır”, - Britaniya kəşfiyyatı bildirir.
Məlumatda qeyd edilir ki, bu silahların Ukraynaya qarşı effektivliyi fərqli olub:
“Ukrayna PUA-ların əksəriyyətini zərərsizləşdirməkdə effektiv olduğunu sübut edib”.