ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Cozef Baydenin Ukrayna və bir sıra digər ölkələrin nəzarətində olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, Tramp bununla bağlı sosial media hesabında məlumat verib.
Ətraflı
“Co Bayden tamamilə Çin, Ukrayna və bir sıra digər ölkələr tərəfindən idarə olunur. Onun bütün səhvləri haqqında hər şeyi bilirlər”, - deyə Tramp bildirib.
Eks-prezident iddia edib ki, Baydenin ailəsi digər ölkələrdən külli miqarda pul alıb.