17 Avqust 2023 16:33
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın İcevan şəhərində sərnişin avtobusunda Türkiyə vətəndaşı saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İcevan-Açacur avtobusunda sərnişinlər telefonla türkcə danışan “şübhəli şəxs” görüblər.

Sərnişinlər bundan sonra sürücüdən avtobusu saxlamağı tələb ediblər, daha sonra əraziyə polis çağırıblar.

Avtobus sürücüsü jurnalistlərə bildirib ki, sərnişinlər şübhəli şəxsin azərbaycanlı olduğunu düşünüblər, amma polis onun Azərbaycan yox, Türkiyə vətəndaşı olduğunu öyrənib.

“Hraparak” polisdən Türkiyə vətəndaşının kim olduğunu, İcevana necə gəldiyini, nəhayət şöbəyə aparıldıqdan sonra başına gələnləri öyrənməyə çalışıb.

Polis sadəcə qeyd edib ki, həqiqətən də belə bir “həyəcan siqnalı” alıblar, aidiyyəti qurumlar məsələ ilə məşğuldur. Başqa heç bir məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər