17 Avqust 2023 18:08
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

“El Nino” kimi tanınan Sakit Okeanın istiləşməsi fenomeninin ən böyük təsirləri hələ hiss olunmayıb. 2024-cü ilin fevral və aprel ayları daha da isti olacaq.

Teleqraf.com xəbər verir ki, məlumatı Milli Okean və Atmosfer Administrasiyası (NOAA) açıqlayıb.

NOAA baş alimi Sara Kapnik keçən ayın ən isti iyul olduğunu təsdiqləyib: “Keçən iyul ay indiyə qədər gördüyümüz bütün aylardan daha isti idi”.

İstiləşmənin əsas səbəbi kimi insan fəaliyyəti nəticəsində yaranan istixana qazlarının artdığı göstərilir.

Bu ayın əvvəlində Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) iyulun Yer kürəsində indiyə qədər qeydə alınan ən isti ay olduğunu təsdiqləyib.

Milli Ətraf Mühit Məlumatı Mərkəzlərinin (NCEI) illik qlobal temperatur proqnozuna görə, 2023-cü il ən isti beş il arasında olacaq.

Alimlər bunun planetin 1.5C istiləşmə həddini keçməsinə kömək edəcəyindən, eləcə də quraqlıq, tufan və daşqın kimi ekstremal hava hadisələrinin başlamasından qorxurlar.

NASA-nın bəyanatında deyilir: “2023-cü ilin iyul ayı NASA qeydlərindəki bütün iyul aylarından 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul temperaturundan isə 1,18 dərəcə yüksəkdir. 2023-cü ilin iyul ayındakı temperaturlar iyulu tarixin ən isti ayına çevirir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər