Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanı hava hücumundan müdafiə vasitələri ilə təchiz etmək üçün dəyəri 114 milyon ABŞ dollarından çox olan üç müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “El Confidential” nəşri məlumat yayıb.
Müqavilələrdən biri Norveçin "Kongsberg" şirkəti ilə imzalanıb. Onun dəyəri 71 milyon ABŞ dollarıdır və PUA-ları məhv etmək üçün uzaqdan istifadə olunacaq UAS kimi tanınan anti-dron sistemlərinin tədarükünü nəzərdə tutur.
Həmçinin tez bir zamanda yerləşdirilə və ya yeri dəyişdirilə bilən "Cortex Typhon" sistemləri də göndəriləcək.
Digər iki müqavilə də hava hücumundan müdafiə ilə bağlıdır, lakin nəşrin qeyd etdiyi kimi, Britaniya Müdafiə Nazirliyi konkret təfərrüatları açıqlamayıb.