İlkin hesablamalara görə, ABŞ-nin Havay ştatının Maui adasında meşə yanğınlarının vurduğu ziyan, təxminən 6 milyard dollar civarında qiymətləndirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Havay ştatının qubernatoru Coş Qrin bildirib.
O, yanğınlar zamanı 2200 binanın yanaraq məhv olduğunu, 500 binanın isə zərər gördüyünü qeyd edib.
Son məlumatlara görə, Mauidə 114 nəfər meşə yanğınlarının qurbanı olub, mindən çox insan itkin düşüb.
Qeyd edək ki, adada keçən həftənin ortalarında başlayan yanğınlar Dora qasırğasının yaratdığı güclü küləklər səbəbindən sürətlə yayılıb.