20 Avqust 2023 16:32
3 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin ən çox ehtimal olunan varislərindən biri Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitridir.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Abbas Qalyamov deyib.

“Putin sürpriz etməyi sevir, ona görə də onun varisi indi heç kimin bilmədiyi biri ola bilər. Amma Patruşevin oğlu ən çox ehtimal olunan namizədlərdən biridir”, - ekspert bildirib.

Vladimir Putin 20 ildən çoxdur hakimiyyətdədir. Bir sıra ekspertlərə görə, Rusiyanın Ukraynadakı ciddi uğursuzluqlarından sonra ölkədə Putindən narazıların sayı artıb.

Siyasi analitik Olqa Kurnosova hesab edir ki, Rusiya lideri “saray çevrilişi” nəticəsində hakimiyyətini itirə bilər.

Ehtimal olunan namizədə - Dmitri Patruşevə gəlincə, o, Rusiyanın kənd təsərrüfatı naziridir. 1977-ci il oktyabrın 13-də Putinin doğulduğu Sankt-Peterburqda anadan olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər