Yevgeni Priqojın iyunun sonundakı qiyamdan sonra ilk videomüraciətini yayımlayıb.
Teleqraf.com xəbər verir ki, Afrikada çəkilmiş videoda o, “Vaqner”in “əsl cəngavərləri” işə götürdüyünü və “qarşıya qoyulan” tapşırıqları yerinə yetirməyə davam etdiyini deyir.
Kadrlarda Afrika savannasına bənzər mənzərə əks olunub. Priqojın dəqiq harada olduğunu birbaşa açıqlamasa da, Selsi üzrə +50 dərəcə istidən bəhs edib, həmçinin Afrika xalqlarının azadlığından danışıb.
“Vaqner” Rusiyanı bütün qitələrdə daha böyük, Afrikanı isə daha azad edir. Afrika xalqlarına ədalət və xoşbəxtlik diləyirəm. İŞİD, “Əl-Qaidə” və digər dəstələrin başına oyun açırıq”, - çətə başçısı bildirib.