“Ukrayna Amerika F-16-larını gecikmə ilə alacaq, bu səbəbdən müharibənin yay dövrünü itirilmiş hesab edə bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.
Onun sözlərinə görə, bu təyyarələr vəziyyəti dərhal dəyişməyəcək:
“Məsələ müəyyən prosedurlardan keçirdi, onlarsız bu məsələni həll etmək mümkün deyildi. Nəhayət baş verdi, çox yaxşı gəlişmədir. Amma partnyorların qərarı gecikdirildiyinə görə, müəyyən gəlişmələrin baş verə biləcəyi yay dövrünü praktiki olaraq itirdik”.
Musiyenko müttəfiqlərin Ukraynaya çoxlu sayda döyüş təyyarəsi ötürmək planı haqda da müsbət danışıb. Bundan əlavə, onun fikrincə, əsas F-16-lardır və bunların əldə edilməsi zaman məsələsidir.
“Təyyarələrin təhvil verilməsi iki il ərzində baş tutacaq. Ola bilsin ki, daha sürətli olsun, amma nəhayət olacaq. İki ildən sonra 60-dan çox F-16-ya sahib ola bilərik. Hər halda, bu, Hərbi Hava Qüvvələrimizi daha da gücləndirəcək. Yaxın gələcəkdə 8 təyyarənin olacağından danışırıqsa, bu, tez baş verə bilər. Məsələn, qışda”, - Musiyenko vurğulayıb.
Ekspert əlavə edib ki, F-16-lar Ukrayna səmasının mühafizəsini gücləndirəcək, Rusiyanın arxa cəbhəsinə effektli zərbələr endirməyə imkan yaradacaq.
“Amma dərhal ciddi bir dəyişiklik gözləmək lazım deyil”, - Musiyenko xəbərdarlıq edib.