Bir necə gün öncə yoxa çıxdığı deyilən Rusiyaya məxsus "Mi-8" helikopteri Ukraynanın Poltava aerodromunda görüntülənib.
Teleqraf.com xəbər verir ki, məlumata görə, pilot Ukrayna xüsusi xidmət orqanları tərəfindən müəyyən pul müqabilində ələ alınıb.
Vertolyotun içində "Su-30" və "Su-27" qırıcıları üçün ehtiyat hissələri olub.
Pilot 500 min dollar qarşılığında vertolyotu Rusiya ərazisindən vertolyotu qaçıraraq Ukraynanın Poltava şəhərinə gətirib.
Rusiya tərəfinin məlumatına görə, vertolyotda olan digər iki ekipaj üzvü plandan xəbərsiz olub və yerə endikdən sonra onlar Ukraynalılar tərəfindən güllələnib.
Pilot daha öncə ailəsini Rusiyadan çıxara bilib.