Türkiyənin Xarici işlər naziri Hakan Fidan Bağdadda İraqın müdafiə naziri Sabit Abbasi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN X (Twitter) platformasında paylaşım edib.
Görüş zamanı bir sıra məsələlər müzakirə edilib.
Məlumat üçün qeyd edək ki, Hakan Fidan İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllətif Rəşit və İraqın baş naziri Məhəmməd Şiya es-Sudani, İraq parlamentinin sədri Məhəmməd Halbusi, Malayziya xarici işlər naziri Zambri Əbdül Kadir, İraq Türkmən Cəbhəsi (İTC) liderləri və İraq türkmən icmasının liderləri ilə görüş keçirib.
Xarici işlər naziri Fidanın Ərbilə gedərək İraq Kürd Regional Rəhbərliyi (İKRG) rəsmiləri ilə görüşəcəyi gözlənilir.