12 Yanvar 2015 17:36
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həyatımız bahasına olsa belə, biz heç kimə Peyğəmbəri təhqir etməyə icazə verməyəcəyik”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Parisdə terrora qarşı keçirilən aksiyaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, çeçen xalqı dünya liderlərinin Parisdəki antiterror aksiyalarını yekdilliklə dəstəkləyir: “Amma onlar məhz hansı terroru pisləyiblər? Bütün dünya terrorunu yoxsa ancaq Fransa terrorunu? Niyə liderlər minlərlə iraqlı, yəmənli, suriyalı, misirli və əfqanlı öləndə belə etiraz marşı keçirmədilər? Niyə Qroznuda mətbuat evi, stadion partladılanda, eks-prezident Əhməd-Hacı Kadırov və onun silahdaşları öldürüləndə liderlər susdular?”

Özünü terrorçuların düşməni elan edən Kadırov Avropada bir çox ölkələrin müxalifətə dəstək adı ilə terrorçuları silahlandırması bitməyənədək, Avropa paytaxtlarının təhlükəsizliyinin təmin edilməsinin mümkünsüzlüyünü ifadə edib.

Kadırov Parisdə keçirilən aksiyanın qlobal problemlərdən fikir yayındırmaq üçün mükəmməl variant olduğuna diqqət çəkib: “Əminəm ki, hansısa nüfuzlu qüvvələr bu aksiyanı planlaşdırıb və onlar bununla antiislam əhval-ruhiyyəsinin qızışdırılması istəyirlər. Bunun əsas məqsədi qlobal problemdən diqqəti yayındırmaqdır. Heç kimə müqəddəsləri təhqir etməyə imkan verməyəcəyik. Məhəmməd Peyğəmbərin karikaturalarını yayanlar üzr istəməlidir. Heç kimin Həzrəti Məhəmmədə hörmətsizlik etməyə haqqı yoxdur. Xalqlara sülh və sabitlik vacibdir”.

Samir


Müəllif:

Oxşar xəbərlər