ABŞ-nin Florida ştatının Ceksonvil şəhərində "Dollar General" mağazasında baş verən atışma nəticəsində bir neçə nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə WJXT telekanalı şəhər meri Donna Diqana istinadən məlumat yayıb.
Hadisə yerinə fövqəladə hallar və polisin xüsusi təyinatlıları gəlib.
İnsidentin səbəbləri, eləcə də ölənlərin sayı barədə hələlik məlumat verilmir.