İşğal altında olan Krımda Yevpatoriya yaxınlığındakı hərbi hissələrdən birində 14 rus əsgərinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RosTG-kanalı məlumat yayıb.
Məlumata görə, rus əsgərləri yatarkən bıçaqlanaraq öldürülüb.
"Mənbələrin məlumatına görə, hərbçilər yuxuda həlak olublar - naməlum diversantlar bəzilərini ürək nahiyəsindən zərbələr endirərək öldürüblər, bəziləri isə boğazlarını kəsiblər. Cinayətkarların mühafizəçilərdən yan keçərək kazarmalara necə girdiyini heç kim başa düşə bilmir. Düşünməyə əsas var ki, eyni təxribatçılar Sevastopolda olduğu kimi yeni cinayət törədiblər. Onların axtarışları davam etdirilir”, - məlumatda deyilir.