Sentyabrın 5-də Yunanıstanın xarici işlər naziri Qeorqios Herapetritis Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarixi İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı nazir Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb, bir çox mövzularda müzakirələr aparacaq.
Tərəflər ikitərəfli münasibətləri və regional gündəmdəki mühüm məsələləri müzakirə edəcəklər.