Zaporojye vilayətinin Rabotino bölgəsində 50-dən çox işğalçı Ukrayna Silahlı Qüvvələrinə təslim olub.
Teleqraf.com xəbər verir ki, bu barədə RosTG kanalı məlumat yayıb.
Bildirilib ki, işğalçılar ərzaq və sursat çatışmazlığından şikayətləniblər, bundan sonra komandirlərini döyərək onunla birlikdə təslim olublar.
Baş Qərargahdakı mənbə işğalçı ordunun 52 əsgəri və bir komandirinin təslim olması ilə bağlı məlumatı təsdiqləyib.