“Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin ölümündə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun əli ola bilər. Qətl Priqojinin dostu Sergey Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin yeni komandirinin təyin edildiyi gün baş verib.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı müxalifətçi və Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev "BILD"ə açıqlamasında deyib.
O qeyd edib, Priqojinin təyyarəsi iki S-300 raketi ilə Aerokosmik Qüvvələrin yeni komandirinin təyin edildiyi gün vurulub.
"Yeni komandir müvafiq olaraq Priqojinin dostu Surovikinin əvəzinə bütün bu ərazilərə birbaşa nəzarət edir və mən təsadüflərə inanırmıram. Buna görə də, anladığımız kimi əmri birbaşa Priqojinlə şəxsi hesabı olan Sergey Şoyqu verməli idi.
Eyni zamanda, o qeyd edib ki, bu, Vladimir Putinin özünün təşəbbüsü də ola bilər.