12 Yanvar 2015 23:21
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astanada Ukrayna böhranı ilə bağlı keçirilməsi nəzərdə tutulan "Norman formatı”nda görüş baş tutmaya bilər. Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Teleqraf.com-un məlumatına görə, bunun başlıca səbəbi indiyədək görüşün vacib detallarının razılaşdırılmamasıdır:

“Norman dördlüyü indiyə kimi əsas müzakirə məsələlərini razılaşdıra bilməyib. Bu səbəbdən yanvarın 15-də Ukrayna böhranının nizama salınması ilə bağlı sammit çox ehtimal ki, baş tutmayacaq”.

Müvafiq açıqlamanı Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Martin Şefer ictimaiyyətə çatdırıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər