13 Yanvar 2015 03:05
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada İŞİD-in silahlı dəstələri sırasında yüzlərlə gürcü döyüşür.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə "Rustavi 2" telekanalının efirində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib.

Keçmiş dövlət başçısı Gürcüstanda yaşayan yüzlərlə müsəlmanın Suriyaya gedib İŞİD sıralarında döyüşməsinə görə Gürcüstanın hazırkı hakiiyyətini ittiham edib: "Ancaq bizim Ukraynada könüllü döyüşən vətəndaşlarımızdan söhbət gedəndə hökumətin sifəti əyilir".

Qeyd edək ki, buna qədər Gürcüstan KİV son illər Pankisi dərəsindən İŞİD sıralarında döyüşmək üçün 50-100 nəfər yerli sakinin Suriyaya getdiyini bildirib. Onlardan 8 nəfərin öldüyü bildirilir.

Nihad


Müəllif:

Oxşar xəbərlər