30 Avqust 2023 21:49
6 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusunun Zaporoje vilayətindəki (Robotin) son uğurlarından sonra Rusiya rəsmiləri və təbliğatçıları bu ölkəyə qarşı nüvə silahından istifadə ilə bağlı təhdidləri artırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Newsweek” nəşri yazır.

Rusiya Dövlət Dumasının deputatı və keçmiş zabit Andrey Qurulyov bu ərazinin taktiki nüvə silahının tətbiqi üçün ideal yer olduğunu deyib.

Teleaparıcı Vladimir Solovyov da Ukraynanı təhdid edərək bildirib ki, Rusiya nüvə zərbəsi endirmək haqda düşünməyə başlamalıdır.

“Bunlar (F-16-lar) rəsmən çatdırılan kimi taktiki nüvə silahları ilə zərbə endirəcəyik. İndi onlar əmindirlər ki, biz bunu etməyəcəyik. Ona görə də bunu etmək lazımdır”, - Solovyov söyləyib.

Bundan əlavə, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Aleksey Şevtsov Belarusda taktiki nüvə silahı yerləşdirildiyini xatırladaraq, bunu “Qərbdəki qonşularının aqressiv davranışlarına cavab” adlandırıb.

Nüvə təhdidləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin mesajları ilə daha da sərtləşib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər