Rəsmi Vaşinqton Fələstinin dövlət kimi mövcudluğuna qarşı olduğunu açıq şəkildə nümayiş etdirib. Belə ki, ABŞ prezidenti Barak Obama Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasını mənfi qiymətləndirib.
Telqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, o, bu barədə ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı bildirib.
“Prezident Obama ABŞ-ın mövqeyini bir daha təsdiqləyib. Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmağa hüququ yoxdur. Fələstin dövlət olmadığına görə bu quruma qoşula bilməz. Bu konstruktiv addım deyil,”, Ağ Evin məlumatında deyilir.
Məlum olduğu kimi, BMT-nin Baş katibi Pan Qi Mun Fələstinin aprelin 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacağını bildirmişdi. Məhkəməyə üzvlük Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa imkan verəcək.