1 Sentyabr 2023 10:27
1 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə qüvvələri Rusiya qoşunlarının cəbhədə irəliləmək cəhdlərini dayandırmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində 25-dən çox toqquşmanın baş verdiyini bildirib.

Rusların Liman istiqamətində Novoyeqorivkaya hücumu nəticəsiz bitib.

Baş Qərargahın məlumatına görə, Ukrayna qoşunları rus ordusunun Marin istiqamətində hücumunun qarşısını almağa çalışır. Hazırda burada döyüşlərin davam etdiyi bildirilir. Rusiya qüvvələrinin bu yöndə Novomixaylivkanı tutmaq cəhdləri uğursuz alınıb.

Ukrayna müdafiə qüvvələri Melitopol istiqamətində hücum əməliyyatını davam etdirir, irəlilədiyi ərazilərdə möhkəmlənir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər