1 Sentyabr 2023 11:42
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası hökumətin imtinasına baxmayaraq, Prezident Salome Zurabişvilinin Avropaya səfərinə görə ona qarşı impiçment proseduruna başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze deyib.

“İmpiçmentin baş tutması üçün 100 parlamentarinin dəstəyi tələb olunur və müvafiq olaraq, radikal müxalifətin səsi olmadan onun impiçment perspektivi yoxdur. Amma buna baxmayaraq, partiyanın Siyasi Şurasının iclasında biz prezidentə qarşı impiçment proseduruna başlamaq qərarına gəlmişik”, - Kobaxidze bildirib.

Hökumət bundan əvvəl Zurabişvilinin Avropa ölkələrinə, o cümlədən İsrailə səfər proqramlarını ləğv etdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər