2 Sentyabr 2023 11:59
8 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl təyyarə qəzasında həyatını itirən “Vaqner” qrupunun lideri Yevgeni Priqojin ölümündən bir neçə həftə əvvəl Rusiya Müdafiə Nazirliyinin təzyiqləri ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, olaydan əvvəl “Vaqner”ə Rusiya MN-ın hərbi təyyarələrindən istifadə qadağan edilib. Bundan sonra Suriyadakı Xmeymim aviabazası da “vaqnerçilər”in üzünə bağlanıb.

Nəticədə “Vaqner” bölmələrinin maddi-texniki təminatında ciddi problem yaranıb. “Blumberq”in məlumatına görə, Priqojini Afrikanı tərk edərək Rusiyaya getməyə məcbur edən məhz budur. “Vaqner” rəhbəri Müdafiə Nazirliyi ilə problemləri həll etmək üçün Moskvaya uçub. Amma onun təyyarəsi avqustun 23-də Prezident Vladimir Putinin Valdaydakı iqamətgahından 50 km aralıda qəzaya uğrayıb. Təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər