2 Sentyabr 2023 20:33
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada son 125 ilin ən isti yayı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Yaponiya Meteorologiya Agentliyi açıqlayıb.

Məlumata görə, iyun-avqust ayları arasında ölkənin 15 fərqli bölgəsində temperatur ölçmələri aparılıb. Məlum olub ki, yay mövsümündə orta temperatur 1,76 dərəcə artıb.

İyulun 16-dan avqustun 23-dək ölkə üzrə 915 nöqtədən 106-da ən yüksək temperatur müşahidə edilib.

“2023-cü ilin yayında Yaponiyanın şimal, şərq və qərbində orta yay temperaturu kifayət qədər yüksəkdir. Yaponiyada orta yay temperaturu 1898-ci ilin yayından bəri ən yüksək göstəricidir", - məlumatda deyilir.

Avqustun əvvəlində şimal-şərqdəki Fukusimada temperatur 40 dərəcə olub. Bu temperatur Yaponiyada 2023-cü ilin ən isti günüdür.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər