2 Sentyabr 2023 15:33
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Əfqanıstanla sərhədində atışma baş verib.

Teleqraf.com xəbər verir ki, silahlı qarşıdurma zamanı 3 nəfər həlak olub.

Pakistan Silahlı Qüvvələrinin açıqlamasında deyilir ki, təhlükəsizlik qüvvələri bölgədə silahlı terrorçuların mövcudluğu ilə bağlı kəşfiyyat məlumatı aldıqdan sonra Şimali Vəziristanın Mira Şah şəhəri ərazisində əməliyyata başlayıb.

Pakistan qüvvələri müəyyən edilmiş nöqtəyə yaxınlaşdıqda bir qrup yaraqlı onlara atəş açıb. Nəticədə əməliyyata rəhbərlik edən mayor və bir əsgər həlak olub. Terrorçulardan isə bir nəfər ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər