Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.
Məlumatda qeyd olunub ki, Ərdoğan Putinin dəvəti ilə Soçiyə bir günlük işgüzar səfər edəcək.
“Türkiyə prezidentinin rusiyalı həmkarı ilə görüşü zamanı hər iki ölkə arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq” – deyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.