4 Sentyabr 2023 13:20
18 776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müdafiə qüvvələri Baxmut istiqamətində əks-hücum zamanı təxminən 47 kvadratkilometr ərazini azad ediblər. Rus qoşunlarının itirilmiş mövqelərini geri qaytarmaq cəhdləri uğursuz alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Onun sözlərinə görə, şərq cəbhəsində dinamika lokal olaraq dəyişir, amma bu istiqamət əsas olaraq qalır. Xüsusən də ruslar Liman, Kupyan, Marin və Avdiv istiqamətlərində irəliləməyə çalışırlar.

Malyar qeyd edib ki, Baxmutun cənub və şimal ərazilərində şiddətli döyüşlər gedir:

“Həftə ərzində şimalda Klişçivka, Kurdyumivka və Ozeryanivkada hərarət yüksək olub. Əks-hücum başlayandan bəri Silahlı Qüvvələr 47 kvadratkilometr ərazini azad edə bilib. Təkcə ötən həftə Klişçivka, Kurdyumivka və Ozeryanivkada 3 kvadratkilometr ərazi geri alınıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər