4 Sentyabr 2023 19:25
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücumunu uğursuzluq adlandırıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.

Xüsusi hərbi əməliyyat zonasındakı vəziyyətlə bağlı sualı cavablandıran Putin Ukraynanın əks-hücumunun uğursuzluq olduğunu söyləyib:

“Bu, uğursuzluqdur. Bütün hallarda, bu gün üçün bu məhz belə görsənir. Baxaq görə sonra necə olacaq. Ümid edirəm ki, bundan sonra da belə olacaq. Demək istəyirəm ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. İndi də biz imtina etmirik. Cənab Ərdoğan da bu məsələni bugünkü danışıqlarda qaldırdı. Mən ona bunu təsdiqlədim”, - deyə Putin qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər