“Rusiya xam neft ixracatının sutkada 300 min barel azaldılması qərarını ilin sonuna qədər uzadacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bəyan edib.
“İxrac yönümlü neft tədarükünün əlavə könüllü azaldılması neft bazarlarının sabitliyini və tarazlığı qorumaq üçün OPEC+ ölkələrinin gördüyü ehtiyat tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır. İndi neft hasilatının azaldılması ilə bağlı könüllü qərara hər ay yenidən baxılaraq. Dünya bazarındakı vəziyyətdən asılı olaraq hasilatın azaldılmasının dərinləşdirilməsi və ya artırılması imkanları qiymətləndiriləcək” - deyə, Novak bildirib.
Qeyd edək ki, Rusiya xam neft ixracını sentyabrda gündəlik 300 min barel azaltmağı vəd etmişdi, keçən ay isə gündəlik 500 min barel azaldıb.
Bu qərar Rusiyanın mart ayında xam neft hasilatını fevral ayından gündə 500 min barel azaltmaq və 2024-cü ilə qədər məhdudiyyətləri saxlamaq öhdəliyinə uyğun gəlir.