İranın uranı 60 faiz saflaşdırmasının tutarlı əsası və dinc səbəbi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Vedant Patel deyib.
Tehranın dinc məqsədlər üçün yüksək səviyyəli uran istehsal etdiyinə dair açıqlamalarına toxunan ABŞ rəsmisi bildirib:
“Bu gün dünyanın heç bir ölkəsi bu iddialara uyğun olaraq 60 faizə qədər zənginləşdirilmiş urandan istifadə etmir”.
Patel onu da bildirib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarında heç bir gəlişmə yoxdur.