Rusiya qoşunları Ukraynanın Zaporoje vilayətinin Robotin qəsəbəsindən “taktiki geri çəkilmə” həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Zaporojedəki qondarma regional administrasiyanın rəhbəri Yevgeni Balitski məlumat verib.
“Bu, taktiki addım idi. Rusiya ordusu çıxdı. Qəsəbədə geri çəkilmə taktikası həyata keçirdilər, çünki səngər açmaq mümkün olmayanda düz ərazidə qalmaq məqsədəuyğun görünmür. Buna görə də Rusiya ordusu yüksəkliklərə çəkilib”, - Balitski deyib.
Onun iddiasına görə, rus qoşunları Robotin yaxınlığında dominant yüksəklikləri ələ keçirib.