“Ermənistanın ABŞ-la təlimlər keçirmək planları və bu ölkənin KTMT-dəki daimi nümayəndəsini Hollandiyaya səfir təyin etməsi nümayişkaranə addımlardır. İrəvan Rusiyaya Qərbə yönəlməyə çalışdığını göstərməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib.
“Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətləri üçün açıq şəkildə qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır. Bu addımlar Ermənistanın Rusiya vektorundan Qərbə doğru yönləndirilməsinin simvoludur. Bu, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri kəsmək istəyinin bariz göstəricisidir”, - ekspert bildirib.